Tibbi xəbərlər
Qaraciyəri bitirən 3 qida:
Tibbi xəbərlər
148

Qaraciyəri bitirən 3 qida: Sağlam hesab edilirdi, amma risk daşıyır

Məsum görünən bəzi qidalar qaraciyər üçün ciddi təhlükə yarada bilər.

E-saglam.az xəbər verir ki, son araşdırmalara görə, fruktoza ilə zəngin məhsullar, rafinə bitki yağları və meyvə şirələri qaraciyər sağlamlığını təhlükə altında qoyur.

Qaraciyər bədənin detoksifikasiyası, həzm və maddələr mübadiləsi kimi həyati funksiyalarını tənzimləyir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, qidalanma vərdişlərindəki dəyişikliklər bu orqanın zədələnmə hallarını artırıb.

1. Şəkərli qidalar

Ətirləndirilmiş qatıq, şəkərli içkilər və səhər yeməyi üçün taxıllar kimi məhsullar fruktoza baxımından zəngindir. Yüksək fruktoza qarğıdalı siropu (HFCS) qaraciyərdə yağ yığılmasına, iltihaba və alkoqolsuz yağlı qaraciyər xəstəliyinə (NAFLD) səbəb ola bilər.

Bu proses illərlə heç bir simptom vermədən davam edə bilər. Mütəxəssislər bütöv meyvələrin və liflə zəngin təbii məhsulların seçilməsini tövsiyə edirlər.

2. Rafinə bitki yağları

Soya, qarğıdalı, günəbaxan və zəfəran yağları tez-tez “sağlam yağ” kimi təqdim olunsa da, onların tərkibindəki omeqa-6 yağ turşularının yüksəkliyi bədəndə iltihab proseslərini gücləndirə bilər.

Yüksək temperaturda istifadə zamanı bu yağlar zəhərli birləşmələr (aldehidlər) yaradır ki, bu da qaraciyər hüceyrələrinə oksidləşdirici stres verir. Mütəxəssislər soyuq sıxılmış zeytun yağı və avokado yağı kimi sağlam alternativlərə üstünlük verilməsini tövsiyə edir.

3. Meyvə şirələri

Təbii və ya 100% meyvə suyu kimi təqdim edilən içkilər də qaraciyər üçün təhlükə mənbəyi ola bilər. Onlarda lif yoxdur, amma şəkər miqdarı kolaya bərabərdir.

Xüsusilə diabet xəstələri və artıq çəkili insanlar üçün bu, əlavə risk deməkdir. Meyvə şirəsi mümkün qədər az miqdarda və seyreltilmiş halda qəbul edilməlidir. Ən yaxşı seçim meyvənin özünü yeməkdir.

Qaraciyər bərpa olunur

Yaxşı xəbər budur ki, qaraciyər özünü bərpa etmək qabiliyyətinə malikdir. Zərərin erkən mərhələlərində düzgün qidalanma, sağlam yağlar və şəkərsiz pəhriz vərdişləri ilə qaraciyər funksiyası yenidən normallaşa bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun