Yandex watch
Qaraciyər sağlamlığınızla bağlı ilk SİQNAL –

Gözlərdəki bəzi dəyişikliklər ciddi qaraciyər problemlərinin erkən əlaməti ola bilər. Məsələn, gözlərin saralması qaraciyərin düzgün çalışmadığını və bilirubin səviyyəsinin artdığını göstərə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, səhərlər yaranan göz ətrafı şişliklər isə orqanizmdə maye tutulması və qaraciyərin yavaş işləməsi ilə əlaqəli ola bilər.

Qanlı və ya qırmızı gözlər sistemik iltihab və ya K vitamini çatışmazlığı fonunda yaranan laxtalanma pozğunluqları ilə bağlı ola bilər. Quru və qaşınan gözlər zəif öd axını, gözaltı qara dairələr isə qaraciyər stresinə işarə edə bilər.

Qaraciyərlə bağlı A və E vitaminlərinin çatışmazlığı bulanıq görmə və digər görmə pozğunluqları ilə nəticələnə bilər. Xroniki qaraciyər xəstəlikləri katarakta və retina dəyişikliklərinə də səbəb ola bilər.

Yeni texnologiyalar, o cümlədən süni intellektlə təchiz olunmuş göz müayinələri, artıq bu dəyişiklikləri daha erkən mərhələdə aşkarlamağa imkan verir. Gözlərdəki incə dəyişiklikləri vaxtında müşahidə etməklə qaraciyər xəstəliklərinin qarşısını almaq mümkündür. Göz müayinələri təkcə görmə yox, qaraciyər sağlamlığı üçün də vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az