Xəstəliklər
"Qara kif" qapımıza dayandı - Risk altında olanlar - Necə qorunaq?
Xəstəliklər

"Qara kif" qapımıza dayandı - Risk altında olanlar - Necə qorunaq?

Hindistanda 200-dən çox insanın ölümünə səbəb olan “qara kif” infeksiyası Misirdən sonra İraqa da yayıldı.

E-saglam.az xəbər verir ki, “qara kif” xəstəliyi ilə bağlı açıqlamalar verən türkiyəli mütəxəssis Aytaç Karadağ xəstəliyin yoluxucu olmadığını, amma bəzi insanların risk altında olduğunu bildirib:

“Çevrəmizdə göbələk miqdarının artdığı yay ayları və havadakı göbələk kifləri ilə nəfəs almaq xəstəliyin yayılmasına səbəb ola bilər”.

YOLUXMAMAQ ÜÇÜN MÜTLƏQ BUNLARI EDİN!

“Qara kif” xəstəliyi yoluxucu deyil. Şəxsi gigiyenanıza fikir vermək infeksiyadan qorunmaqda ən önəmli yoldur. Zəifləmiş immun sisteminiz varsa, gücləndirməlisiniz. Maska taxmaq və bütün yaraları sağalana kimi sarmaq göbələk infeksiyalarının qarşısını almağa kömək edər”.

ƏLAMƏTLƏRİ:

"Qara kif özünü nəfəs yolu və ya dəri infeksiyası olaraq göstərir”.

Öksürək

Temperatur

Baş ağrısı

Burun tıxanıqlığı

Sinüs ağrısı

Dəridə qaralma

Qızarıqlıq

Şişlik

Xora

“QARA KİF XƏSTƏLİYİ İRƏLİLƏYƏRSƏ BU XƏSTƏLİKLƏRƏ SƏBƏB OLAR”

İnfarkt

Beyin infeksiyası

Sətəlcəm

Ölüm

BU İNSANLAR RİSK ALTINDADIR

Diabet

Yanıq

Kəsiklər və ya sıyrıqlar

Xərçəng

Orqan nəqli

İmmuniteti azaldan dərman istifadəsi

Stres

Yuxusuzluq

AIDS

Əməliyyat/medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun