Tibbi xəbərlər
Qar virusları MƏHV EDİR? -
Tibbi xəbərlər

Qar virusları MƏHV EDİR? - Professor AÇIQLADI

Cəmiyyətdə yayılan fikirlərdən biri də budur ki, qar virusları məhv edir. Müxtəlif tanışlarımızın, yaxınlarımızın dilindən bu fikrə təsadüf edirik.

Bəs görəsən, sözügedən iddianın elmi əsası var?

E-saglam.az xəbər verir ki, tibb üzrə elmlər doktoru Adil Qeybulla mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Professor bildirib ki, qarın virusları məhv etməsi iddiası həqiqəti əks etdirmir:

"Çünki viruslar hüceyrə xaricində sıradan çıxırlar. Onlar ancaq hüceyrə daxilində yaşayırlar. Viruslar həyatın qeyri-hüceyrəvi formasıdır, yaşayış yerləri hüceyrədir: bitkilər, heyvanlar, insanlar və sair.

Elə ölkələr var ki, orada qış isti keçir. Belə çıxır ki, həmin ölkələrdə həmişə virus olur? Öyrəşdiyimiz fəsillərin öz qrafiki ilə, düzgün formada müşahidə edilməsi ciddi təlatüm yaratmır. Lakin qışın qarsız olması, isti keçməsi insandan fəslə yeni adaptasiya mərhələsini tələb edir, bəzi xəstəliklərin yaranmasına səbəb olur. Planetin elə hissələri var ki, oralarda daim soyuq və ya daim isti hava keçir, insanlar da ona uyğunlaşıblar. Lakin qlobal istiləşmə dövründə tək bizim üçün yox, bütün canlılar üçün problem yaşanır".

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun