Tibbi xəbərlər
Qansuda özəl uşaq bağçasında uşaqlar
Tibbi xəbərlər
405

Qansuda özəl uşaq bağçasında uşaqlar qurğuşundan zəhərlənib

Çinin Qansu əyalətində özəl uşaq bağçasında azı 19 uşaq qurğuşundan zəhərlənib.

E-saglam.az bu barədə "China News Weekly" nəşrinə istinadla xəbər verir.

İlkin məlumata görə, zəhərlənmə qida əlavələrinin qatılması səbəbindən baş verib. Uşaqlar uzun müddət davam edən zəhərlənmə simptomları (ürəkbulanma, ishal, mədə spazmaları və ayaq ağrıları) ilə sonra xəstəxanaya yerləşdiriliblər.

Həmçinin, uşaqların qanında qurğuşun səviyyəsi 379 mkq/l-ə çatıb, halbuki norma 250 mkq/l hesab olunur.

Nəşrin məlumatına görə, uşaq bağçasının müdiri cinayət məsuliyyətinə cəlb edilib. Bildirilir ki, hazırda müəssisədə hadisənin səbəblərini müəyyən etmək üçün qrup yaradılıb.

Lakin qida əlavəsinin tərkibindəki konkret maddə haqqında hələlik məlumat yoxdur.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun