Tibbi xəbərlər
Qan xərçəngini erkən mərhələdə tanımağın yolları
Tibbi xəbərlər
266

Qan xərçəngini erkən mərhələdə tanımağın yolları açıqlandı

Uşaq leykemiya məlumat mərkəzinin pediatrı və eksperti Yekaterina Kaysina bildirib ki, sümük iliyi sağlam qan hüceyrələrinin istehsalını dayandırdıqda leykemiya inkişaf edir.

E-saglam.az xəbər verir ki, həkim “İzvestiya”ya qan xərçəngini erkən mərhələdə tanımağın yollarını açıqlayıb.

Həkimin sözlərinə görə, erkən mərhələdə leykemiya tez-tez qrip və KRVİ, anemiya, sistemik lupus eritematosus ilə qarışdırılır, çünki oxşar simptomlara malikdirlər. Hər ikisində zəiflik, qızdırma, əzələlərdə və oynaqlarda ağrı kimi əlamətlər müşahidə olunur.

Həkim dərinin solğunluğunu, burundan və ya diş ətindən tez-tez qanaxmaları və səbəbi bilinməyən qançırları (bunlar qanın laxtalanması ilə bağlı problemlər nəticəsində yaranır) leykemiyanın fərqli əlamətləri adlandırıb. Həmçinin immuniteti zəiflədiyi üçün leykozlu insanlar tez-tez viruslara tutulur və gecələr tərləyirlər.

Bundan əlavə, sümük iliyində anormal hüceyrələrin yığılması səbəbindən oynaq ağrıları meydana gələ bilər. Pediatr həmçinin qasıqda, qoltuqaltında və boyunda böyümüş limfa düyünləri varsa, həkimə müraciət etməyi tövsiyə edib, çünki bunlar da xərçəngin əlamətləri ola bilər.(Publika.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun