Tibbi xəbərlər
Qan təzyiqinizi ayaqlarınız çarpaz halda ölçməyin –
Tibbi xəbərlər
304

Qan təzyiqinizi ayaqlarınız çarpaz halda ölçməyin – Mütəxəssisdən önəmli xəbərdarlıq

Kardioloq Prof. Dr. Ergün Seyfeli təzyiq ölçərkən edilən sadə səhvlərin nəticələrə 5-10 mm civarında təsir etdiyini bildirib.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ayaqları çarpazlaşdırmaq, danışmaq, kürək və qolu dəstəkləməmək kimi detallara diqqət edilməlidir. Qol ürək səviyyəsində saxlanmalı, ölçmə sakit mühitdə aparılmalı və insan istirahətdə olmalıdır.

Rəqəmsal cihazlardan düzgün istifadə də önəmlidir. Cihaz dirsəkdən ölçən olmalı, manjet çılpaq dəriyə və düzgün sıxlıqla bağlanmalıdır. Biləkdən ölçən cihazlar dəqiq nəticə vermədiyindən onlardan çəkinmək məsləhətdir. 5 ildən artıq istifadə edilən cihazlar isə kalibrə olunmalıdır.

Prof. Dr. Seyfeli ölçmədən əvvəl 15-20 dəqiqə ərzində yemək, çay və siqaret kimi fəaliyyətlərdən uzaq durmağı da tövsiyə edib.

Son olaraq o, duz istehlakına qarşı xəbərdarlıq edərək bildirib ki, Türkiyədə gündəlik duz qəbulu 18 qramdır, halbuki tövsiyə olunan miqdar 5 qramdır. Bu, hipertoniya və ürək-damar problemlərinə yol açır.

Düzgün ölçüm və qidalanma vərdişləri sağlamlığın qorunmasında həlledici rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun