Yandex watch
Qan təzyiqinə nəzarətlə bu xəstəliyə tutulma riskini

Yüksək qan təzyiqi ilə mübarizədə intensiv dəstək alan insanlarda demensiya riski əhəmiyyətli dərəcədə azalır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Çin və ABŞ alimlərinin apardığı genişmiqyaslı tədqiqat göstərib ki, qan təzyiqinə nəzarət idrak pozuntularının qarşısını almaqda təsirli ola bilər.

“Nature Medicine” jurnalında dərc olunan araşdırma zamanı Çinin kənd yerlərində yaşayan 33 995 nəfər izlənilib. Bütün iştirakçılarda yüksək, lakin nəzarətsiz qan təzyiqi var idi. Onlar iki qrupa ayrılıb: biri standart tibbi xidmət alıb, digəri isə geniş dəstək paketi ilə əhatə olunub.

İkinci qrupda olan 17 407 nəfərə fərdi dərman terapiyası, həyat tərzi dəyişiklikləri (duz və alkoqolun azaldılması, arıqlamaq), müntəzəm monitorinq və evdə istifadə üçün pulsuz qan təzyiqi cihazları təqdim olunub.

Dörd il ərzində aparılan müşahidələrə əsasən, intensiv dəstək alanlarda demensiya riski 15 faiz, ilkin koqnitiv pozuntular isə 16 faiz aşağı olub.

Tədqiqatın müəlliflərindən biri, professor Jiang He bildirib ki, yüksək qan təzyiqinə nəzarət demensiyanın qarşısını almaqda effektiv strategiyadır və bu yanaşma daha geniş tətbiq olunmalıdır.

Bununla belə, alimlər qeyd edirlər ki, araşdırmanın bəzi məhdudiyyətləri var: iştirakçıların koqnitiv durumu başlanğıcda ölçülməyib və həyat tərzi dəyişikliklərinin ayrıca təsiri müəyyən olunmayıb. Edinburq Universitetindən professor Joanna Wardlaw da vurğulayıb ki, bu nəticələr daha uzunmüddətli və fərqli regionlarda aparılan tədqiqatlarla dəstəklənməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az