Tibbi xəbərlər
Qan şəkərini tarazlayan dadlı enerji deposu olan
Tibbi xəbərlər
470

Qan şəkərini tarazlayan dadlı enerji deposu olan pepino meyvəsinin faydaları nələrdir?

Pepino tropik meyvədir və əsasən Cənubi Amerikada yetişir. Nazik qabıqlı, şirəli və toxumsuz olan bu meyvə bütöv yeyilə bilər. Dadı qovun, banan və ananas qarışığını xatırladır. Pepino Türkiyənin Aralıq dənizi bölgəsində və bəzi digər yerlərdə də becərilir.

E-saglam.az xəbər verir ki, pepino meyvəsinin faydalarını təqdim edir

Bu meyvə zəngin vitamin və mineral tərkibi ilə sağlamlıq üçün çox faydalıdır. Aşağıda pepinonun əsas üstünlükləri qeyd olunub:

  • Vitaminlərlə zəngindir: A, B və C vitaminləri mövcuddur.

  • Qan şəkərini balanslaşdırır: Diabet xəstələrinə faydalıdır.

  • Xərçəngdən qoruyur: Xərçəng hüceyrələrinin məhvinə kömək edir.

  • Kilo idarəsinə dəstək verir: Aşağı kalorili olduğu üçün diyetlərdə istifadə olunur.

  • Xolesterolu azaldır: Ürək-damar sağlamlığını dəstəkləyir.

  • Hüceyrə və sümük inkişafını artırır: Hüceyrələrin yenilənməsinə kömək edir.

  • Böyrək problemlərini aradan qaldırır: Böyrəkdə qum və daş yaranmasının qarşısını alır.

  • Yuxu rejimini tənzimləyir: Yuxu problemlərini azaldır.

  • Cinsi sağlamlığı dəstəkləyir: Cinsi gücü artırıcı təsir göstərir.

Necə yeyilir?

Pepino müxtəlif yollarla istehlak edilə bilər:

  • Düz yeyilir: Qabığını soyaraq bütöv və ya dilimlənmiş şəkildə.

  • Salatlarda: Meyvə və tərəvəz salatlarına əlavə edilir.

  • Dondurma və ya şirinlər üçün uyğun bir əlavədir.

Necə yetişdirilir?

Pepino bol günəşli və yaxşı havalandırılan yerlərdə yetişir. Tropik bir bitki olduğu üçün isti iqlim tələb edir.

  • İlk böyümə mərhələsində bol su tələb olunur.

  • Yetişmə dövründə suyun miqdarı azaldılmalıdır.

  • Bağda və ya 7-10 ölçülü qabda yetişdirilə bilər.

Pepino həm ləzzətli, həm də faydalı bir meyvədir. Sağlam qidalanmaq istəyənlər üçün mükəmməl bir seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun