Tibbi xəbərlər
Qan azlığından əziyyət çəkdiyimizi necə bilək?- AÇIQLAMA
Tibbi xəbərlər
309

Qan azlığından əziyyət çəkdiyimizi necə bilək?- AÇIQLAMA

“El arasında qanazlığı kimi tanıdığımız anemiya halsızlıq,başgicəllənmə, iştahsızlıq,erkən yorulma,fiziki əmək qabiliyyətinin nisbətən itirilməsi, bəzən yuxululuğa meyillilik kimi hallarla özünü göstərir”.

E-saglam.az xəbər verir ki, bu sözləri Medicalmedia.az-a açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Hematologiya şöbəsinin müdiri Şəhla Şabanova deyib. 

Həkimin sözlərinə görə bu şikayətlər xəstəliyin ilk mərhələsində üzə çıxan simptomlardır. 

“Qan azlığı xroniki hal aldığında,dərinləşdikdə daxili orqanların zədələnməsi halı da yaşana bilər. Belə ki, ürək, böyrək, qaraciyər kimi funksional vacib orqanların fəsad alması ilə nəticələnə bilər”. 

Şəhla Şabanova bildirdi ki,dəri və selikli qişalarda dəyişiklik də qan azlığından xəbər verə bilər. 

“Amma bu o demək deyil ki, bütün ağbəniz şəxslərdə qanazlığı var. Burda irsi faktor ola bilər. Əsas məsələ selikli qişanın ağ olmasıdır. Bu ilkin qanazlığına şübhə yaradır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun