Yandex watch
Qan almadan hormonları yoxlayan geyinilə bilən tibbi cihaz:

Level Zero Health qan çəkmədən hormonları yoxlayan geyilə bilən tibbi cihaz üçün 6,9 milyon dollar investisiya toplayıb. Cihaz interstisial mayedən hormon səviyyələrini təyin edən DNT əsaslı sensorlardan istifadə edir və istifadəçiyə sağlamlıq vəziyyətini davamlı izləməyə imkan verir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, cihaz progesteron, estrogen və testosteron səviyyələrini ölçmək üçün kiçik iynələrlə dərinin altından nümunə götürür. 2028-ci ildə bazara çıxarılması planlaşdırılır və IVF, menopoz və testosteron terapiyası kimi sahələrdə istifadə oluna bilər.

İnvestisiya məqsədi

Maliyyə vəsaiti Ar-Ge işlərinin genişləndirilməsinə və komandanın böyüməsinə yönəldiləcək. Şirkət ilkin mərhələdə klinik tətbiqlərə fokuslanaraq gələcəkdə istehlak bazarına daxil olmağı planlaşdırır.

Bazar reaksiyası

Səhiyyə mütəxəssisləri və investorlar bu texnologiyanı böyük maraqla qarşılayıblar. Mütəxəssislər bildirirlər ki, bu yenilik xəstələrin öz sağlamlığına nəzarətini gücləndirəcək və erkən diaqnoz imkanlarını artıracaq.

Qadın təşəbbüsü

Şirkət keçmiş Palantir Baş Texnologiya Direktoru Ula Rüstəmova və Phillips Tibbi Cihaz Mütəxəssisi İrene Jia tərəfindən təsis edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az