Xəstəliklər
Qalxan təzyiqi təyyarə sürəti ilə endirir:
Xəstəliklər
6490

Qalxan təzyiqi təyyarə sürəti ilə endirir: Hər gün bir ovuc yeyənlər yaşadı

Yüksək qan təzyiqi ürək-damar sağlamlığını təhdid edən ciddi bir problemdir. Bunun qarşısını almaq üçün qida rasionunuza müəyyən təbii məhsulları əlavə etmək faydalıdır. Bu qidalar həm təzyiqi tənzimləməyə kömək edir, həm də ümumi sağlamlığınıza dəstək olur.

E-saglam.az xəbər verir ki, aşağıda göstərilən qidalar qan təzyiqini balanslaşdırmağa və damar sağlamlığını dəstəkləməyə kömək edir:

1. Paxlalılar (lobya və mərcimək)

Lif, maqnezium və kaliumla zəngin olan bu qidalar qan təzyiqini aşağı salır. Həftəlik rasionunuza əlavə etməklə təzyiqinizi tənzimləyə bilərsiniz.

2. Qaragilə

Antioksidantlar və antosiyaninlərlə zəngin qaragilə damarların sağlamlığını artırır. Gündə bir ovuc qaragilə qan axını yaxşılaşdıraraq təzyiqi tarazlaşdırır.

3. Qreypfrut

C vitamini və kaliumla zəngin olan qreypfrut qan damarlarını rahatlaşdırır. Ancaq dərman qəbul edənlər mütəxəssis məsləhəti almalıdır.

4. Somon balığı

Omeqa-3 yağ turşuları ilə zəngin somon balığı iltihabı azaldır və damar sağlamlığını qoruyur. Həftədə 2-3 dəfə istehlak etmək məsləhətdir.

5. Çuğundur yarpağı

Bu yaşıl yarpaqlı tərəvəz maqnezium və kaliumla zəngindir, damarları genişləndirərək qan axınını yaxşılaşdırır.

6. Balqabaq tumları

Balqabaq tumları maqnezium və argininlə doludur, damarların rahatlaşmasını təmin edir. Gündə bir ovuc balqabaq tumu təzyiqi tənzimləmək üçün əla vasitədir.

Bu qidaları rasionunuza əlavə etməklə qan təzyiqinizi təbii şəkildə nəzarətdə saxlaya və ürək sağlamlığınızı dəstəkləyə bilərsiniz.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun