Sağlamlıq
Qadınlarda erkən yaşlanmanın
Sağlamlıq
9

Qadınlarda erkən yaşlanmanın əsas amili aşkar edildi

Ürək cərrahı Sandra Eifer genetikanın ömür uzunluğuna maksimum 30-40 faiz təsir etdiyini bildirib.

E-saglam.az xəbər verir ki, o, vaxtından əvvəl qocalmanın əsas amilini açıqlayıb.

Eifer xəbərdarlıq edib ki, qadınları stress qədər tez qocaldan heç nə yoxdur: "Onun sözlərinə görə, işdə, ailədə, görünüşdə gözləntiləri qarşılamaq üçün təzyiq nəticədə ürək və beyin sağlamlığına, eləcə də hormonal balansa mənfi təsir göstərir".

Mütəxəssis davam etdi ki, kişilərdən fərqli olaraq, qadınlar stressə demək olar ki, bütün bədən sistemlərində daha güclü dalğalanmalarla reaksiya verirlər: "Eyni stress faktoru qan təzyiqində, ürək döyüntüsündə və hormonal səviyyələrdə daha güclü reaksiyaya səbəb olur".

O, heç bir əlavənin xroniki stressi kompensasiya edə bilməyəcəyini vurğuladı. Bunun əvəzinə, həkim qadınlara meditasiya, hobbi və idmanla məşğul olmağı təklif etdi. Lakin, onun vurğuladığı bir məqam var: dayanmaq hüququ, eləcə də qəzəblənmək hüququ. "Qəzəb qadın sağlamlığında qiymətləndirilməyən bir hissdir. Qadınlar onu yatırmağı öyrəniblər, lakin qəzəbin konstruktiv şəkildə aradan qaldırılması - məsələn, intensiv idman vasitəsilə - tibbi baxımdan məntiqlidir", - deyə həkim yekunlaşdırdı.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun