Qadının biləyinin sızıldaması sağalmaz xəstəliyini ortaya çıxarıb
Qadının biləyinin sızıldaması sağalmaz xəstəliyini ortaya çıxarıb

London sakini Mark Smit həyat yoldaşı Sesiliyanın biləyinin sızıldamasının ölümcül xəstəliyin əlaməti olduğunu söyləyib.

E-saglam.az xəbər verir ki, kişi və ailəsinin hekayəsini "Metro" nəşri yayıb.

2023-cü ilin mart ayının sonunda 52 yaşlı Sesiliya əri ilə bağda işləyərkən sol biləyində qəribə bir sızıldama hiss etdi. O qərara gəldi ki, gicitkən onu yandırıb. Bir neçə həftə sonra britaniyalı qadın səhər yataqdan qalxa bilməyib və müayinədən sonra həkimlər onun beynində aqressiv şişin böyüdüyünü müəyyən ediblər.

Markın sözlərinə görə, növbəti bir ay ərzində Sesiliya yerimək, şəxsi gigiyena prosedurlarını yerinə yetirmək və geyinmək qabiliyyətini itirib: “Onun əvvəlki halından əsər-əlamət yox idi. Ona baxmaq mümkün deyildi, iradəli, müstəqil qadın çox kövrək və həssas olmuşdu". 

Mayın 10-da Sesiliya biopsiya üçün xəstəxanaya gedib, lakin onun üzərində biopsiya aparmağa vaxtları olmayıb - qadın beyin qanaması nəticəsində dünyasını dəyişib. Hətta öz uşaqları ilə görüşməyə zamanı qalmayıb. 

Əvvəllər Britaniya klinikalarında xərçəng xəstəliyinə tutulmuş xəstələr xəstəliyin ilk əlamətlərindən danışırdılar. Onların fikrincə, xərçəngin müxtəlif növlərinin inkişafı ilk baxışda aşkar olmayan simptomlarla - məsələn, yorğunluqla da göstərilə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az