Tibbi xəbərlər
Qadın hamiləliyini ərindən gizlətmək üçün özünü evdə abort etdi
Tibbi xəbərlər
2870

Qadın hamiləliyini ərindən gizlətmək üçün özünü evdə abort etdi - 7-ci ayında

Stavropol diyarının sakini hamiləliyini ərindən gizlətmək üçün yeddinci ayında özünü evdə abort edib.

E-saglam.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb .

Hər şey Lermontov şəhərində baş verib. Evə qayıdan 38 yaşlı sürücü arvadını hamamda qan içində görüb. Qadının yanında yeddi aylıq qız cəsədi uzanmış vəziyyətdə olub. Şok vəziyyətində olan kişi təcili yardım çağırsa da, həkimlər qadını xilas edə bilməyiblər. 

Hadisə yerindən məhkəmə-tibb ekspertləri vaxtından əvvəl doğuşa səbəb olan həblər götürüblər.

Məlumata görə, Stavropol sakini həyat yoldaşının hamiləliyindən belə şübhələnməyib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun