Türkiyəli cərrahlar 7 il əvvəl əməliyyat zamanı xəstənin mədəsində unudulmuş cərrahi qayçını çıxarıblar.
E-saglam.az xəbər verir ki, hadisə Kahramanmaraşda baş verib.
Belə ki, şəhər sakini baş ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib. MRT müayinəsi zamanı onun mədəsində 16 santimetrlik cərrahi qayçı tapılıb.
Araşdırmalar nəticəsində, qayçının 7 il əvvəlki əməliyyat zamanı həkimlər tərəfindən unudulduğu məlum olub. Yeni əməliyyatla qayçı uğurla çıxarılıb.
Xəstə, illər öncə əməliyyatı aparan həkim barəsində prokurorluğa şikayət edib.