Harmonik münasibətlər üçün yaxınlığı unutmaq olmaz.
E-saglam.az xəbər verir ki, Piroqov Universitetinin Klinik Psixologiya və Sosial İş İnstitutunun psixologiya laboratoriyasının metodisti Yelizaveta Kulikova cütlüklərin münasibətlərində harmoniyanı qorumaq üçün nə qədər tez-tez cinsi əlaqədə olmaları lazım olduğunu söylədi.
Mütəxəssis Almaniya alimlərinin son araşdırması barədə məlumat verib. Onlar təxminən 10 ildir birlikdə olan 2101 cütlüyün sorğusunun məlumatlarını təhlil edərək, ən xoşbəxt cütlüklərin 86%-nin həftədə bir dəfə cinsi əlaqədə olduğunu müəyyən ediblər.
Onlar demək olar ki, mübahisə etmirdilər, son dərəcə açıq idilər və mühitdə özlərini rahat hiss edirdilər.
Bu arada respondentlərin 3,6%-i ayda 2-3 dəfədən az cinsi əlaqədə olduqlarını qeyd edib. Belə cütlərdə münasibətlər daha az ahəngdar idi və münaqişələr daha tez-tez yaranırdı.
Yelizaveta Kulikova qeyd edib ki, fiziki yaxınlıq emosional əlaqəni gücləndirir. Müntəzəm cinsi əlaqə də stress səviyyəsini azaltmağa kömək edir və nadir hallarda cinsi əlaqədə olan partnyorlarda narazılıqların yığılması ehtimalı daha yüksəkdir.
Tərcümə: Könül Oruc