Xəstəliklər
Prostatit müalicə olunmazsa... təhlükəli fəsadlar yarada bilər
Xəstəliklər

Prostatit müalicə olunmazsa... təhlükəli fəsadlar yarada bilər - Həkimdən XƏBƏRDARLIQ

Bel ağrısı və gecə sidiyə getmə istəyi prostatitin ilk əlamətlərindəndir.

E-saglam.az xəbər verir ki, uroloq Aleksey İqnatyev "NEWS.ru" ilə söhbətində kişilərə bu barədə xəbərdarlıq edib.

Həkim bildirib ki, prostat vəzinin iltihabı müalicə olunmazsa, zaman keçdikcə proses xroniki xarakter alacaq və təhlükəli fəsadlar yarada bilər. Ona görə də xəstəliyin ilkin əlamətlərinə diqqət yetirmək və diqqətdən kənarda qalmamaq lazımdır.

İqnatyev qeyd edib ki, prostatitin ilk təzahürləri, bir qayda olaraq, bel və ya perineumda ağrı, tez-tez və ya çətin sidiyə çıxmaqdır. Bundan əlavə, onun sözlərinə görə, bir çox xəstələr sidik ifrazı zamanı yanma hissi və nazik axıntıdan şikayət edirlər.

Həmçinin, həkim son olaraq qeyd edib ki, xəstəlik kəskin formada baş verərsə, temperatur yüksələ bilər, titrəmə və zəiflik şikayətləri görünə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun