Tibbi xəbərlər
Prof. Dr. Əziz Sancar beyin xərçəngi sınaqlarını
Tibbi xəbərlər
80

Prof. Dr. Əziz Sancar beyin xərçəngi sınaqlarını Türkiyədə aparacaq?

Nobel mükafatı laureatı, türk alimi Prof. Dr. Əziz Sancar siçanlarda uğurla beyin xərçəngini aradan qaldıran metodunun klinik sınaqlarını Türkiyədə aparmaq qərarına gəlib. Bu inkişaf tibb dünyasında böyük maraqla qarşılanıb.

E-saglam.az-ın məlumatına görə, Prof. Dr. Sancar və komandası siçanlarda əldə etdiyi uğurlardan sonra, insanlarda tətbiq olunma potensialına malik tədqiqatın klinik sınaqlarını öz ölkəsində aparmağı planlaşdırır. Əvvəllər xaricdə apardığı tədqiqatlar üçün Türkiyədə heç bir maneə olmadığı bildirilib.

Sancarın Türkiyədə klinik sınaqlar aparması üçün yalnız Səhiyyə Nazirliyindən icazə almaq kifayət edir. Əldə olunan məlumatlara görə, sınaqlar çox güman ki, İstanbuldakı bir universitet xəstəxanasında həyata keçiriləcək və xaricdəki komanda üzvləri, o cümlədən türk doktorantlar da bu prosesdə iştirak edəcəklər.

Siçanlar üzərində aparılan təcrübələrdə metodun toksikoloji testləri uğurla keçib, ciddi yan təsir müşahidə olunmayıb və heç bir siçan ölməyib. Bu, metodun insanlarda ciddi mənfi təsir riski olmadan tətbiq edilə biləcəyinə işarədir.

Ən vacib mərhələ insanlarda sınaqlardır. Prof. Dr. Sancar metodun insanlarda da qlioblastoma şişlərinə qarşı eyni təsiri göstərəcəyinə ümid edir. Əgər uğur əldə olunmasa, əldə edilən elmi məlumatlar gələcək tədqiqatlar üçün əsas olacaq.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun