Xəstəliklər
Polşada koronavirus xəstələrini nəcislə Müalicə etdilər
Xəstəliklər
220

Polşada koronavirus xəstələrini nəcislə Müalicə etdilər

Britaniya və polşalı alimlər koronavirus xəstələrinin fekal transplantasiya ilə tez şəfa tapması barədə məlumat veriblər.

E-saglam.az xəbər verir ki, 80 və 19 yaşlı pasiyentlərdə nəcis köçürülməsindən sonra koronavirusdan sürətli sağalma baş verib.

Hər iki pasiyent bağırsaq, kolit, kron xəstəliyindən əziyyət çəkirdi və onlara fekal köçürülmə olunub. Lakin bu prosedurdan bir gün sonra onlarda koronavirus da aşkarlanıb.

80 yaşlı kişidə 2 günə kovid sağalıb və pnevmoniya baş verməyib.

19 yaşlı pasiyent də bağırsaq iltihabından müalicə alırdı, nəcis köçürülməsindən 17 saat sonra onda koronavirus diaqnoz olunub.

Hərarəti qalxan gəncə müalicə təyin edilir, lakin heç müalicəni etmədən 1 sutka sonra kovid simptomları itib və o sağalıb.

Hər iki pasiyentdə 5 gün sonra PZR test neqativ göstərib.

Alimlər bu 2 faktı əsas götürərək, fekal transplantasiya və koronavirus üzrə geniş klinik tədqiqatlar aparmağa hazırlaşır./medicina.az/

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun