Pnevmoniya 1 aydan çox davam etməməlidir - Əgər təkrarlanırsa...
Pnevmoniya 1 aydan çox davam etməməlidir - Əgər təkrarlanırsa...

"Ağciyər toxumasının iltihabı olaraq bilinən sətəlcəm rezistentləşdikdə və ya təkrarlandıqda astma və xroniki bronxit başda olmaqla bir çox xəstəliyə yol açır".

E-saglam.az xəbər verir ki, bu sözləri Liv Hospitalın Uşaq Sinə Xəstəlikləri Mütəxəssisi Prof.Dr.Erkan Çakır deyib. 

O bildirib ki, sətəlcəm uşaqlarda ağır olduğu zaman ölümlə nəticələnə bilən bir xəstəlikdir. Bu xəstəlik məktəb və uşaq bağçası kimi mühitlərində sürətlə yayılır: "Xəstəlik ağız və burun sekresiyaları ilə çirklənmiş salfetlər, qaşıqlar və stəkanlar, qapı, qapı tutacaqları, stol və stul kimi səthlərdən asanlıqla yayıla bilər. Bəzən boğazımızdakı və ya həzm sistemimizdəki mikroblar səbəbiylə, hətta kənardan mikrob almadan da xəstəlik yarana bilər. Uşaqlarda orqanizmin müqaviməti azaldıqda bu mikroorqanizmlər pnevmoniyaya səbəb ola bilər".

2 həftəyə sağalmalıdır

"Sətəlcəm müvafiq müalicə ilə kliniki olaraq 10-14 günə, rentgenoloji olaraq isə 4 həftəyə sağalan xəstəlikdir. Bəzi uşaqlarda sətəlcəm vaxtında sağalmır, rezistent ola bilər və ya təkrarlana bilər. Simptomlar 1 aydan artıq davam edərsə, rezistent pnevmoniya, son bir ildə 2 dəfə, həyatı boyunca isə 3-dən çox pnevmoniya keçirməsi residiv pnevmoniya sayılır. Pnevmoniya davamlı olanda və ya təkrarlananda astma və xroniki bronxit kimi xəstəliklər araşdırılmalıdır”. 

Peyvənd mütləqdir

Uşaqlıq peyvəndlərinin vaxtında və tam olması pnevmoniyadan qorunmaq, eləcə də digər xəstəliklərdən qorunmaq üçün həyati əhəmiyyət kəsb edir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az