Tibbi xəbərlər
Pişiyin cırmaqladığı qız
Tibbi xəbərlər
202

Pişiyin cırmaqladığı qız iflic oldu

ABŞ-nin Miçiqan Universitetinin nevroloqu Dr. Baibing Çen pişik cırmaqları ilə bağlı az bilinən, lakin ciddi nəticələrə yol aça biləcək sağlamlıq risklərinə diqqət çəkib.

E-saglam.az milli.az-a istinadən xəbər verir ki, mütəxəssis pişik cırmağı, dişləməsi və hətta yaralı nahiyənin yalanmasının bəzi hallarda insanlarda sinir sisteminə təsir edən infeksiyalara səbəb ola biləcəyini bildirib. Bu, xüsusilə uşaqlar və immun sistemi zəif olan şəxslər üçün təhlükəlidir.

Dr. Çen bir yeniyetmənin şiddətli baş ağrısı, görmə pozuntusu və hərəkət çətinliyi ilə xəstəxanaya yerləşdirildiyini, səbəb kimi isə pişik cırmağından yaranan bakterial infeksiya olduğunu açıqlayıb.

Mütəxəssislər bildirir ki, belə hallarda limfa düyünlərinin şişməsi, qızdırma və yorğunluq müşahidə olunur. Nadir hallarda isə infeksiya beyinə, ürəyə və digər həyati orqanlara yayılır.

Dr. Çen pişiklə təmasdan sonra yaranan hər bir cırmaq və ya yara yerinin dərhal təmizlənməsini və hər hansı ciddi simptom müşahidə olunduqda həkimə müraciət edilməsini tövsiyə edib.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun