Tibbi xəbərlər
Pis xatirələrdən qurtulmaq istəyənlərə şad xəbər:
Tibbi xəbərlər
565

Pis xatirələrdən qurtulmaq istəyənlərə şad xəbər: Alimlər yeni üsul hazırlayırlar

Alimlər pis xatirələrdən qurtulmaq və travma sonrası stress pozğunluğu kimi psixi sağlamlıq problemlərini müalicə etmək üçün yeni bir üsul hazırlayıblar.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, 37 iştirakçı üzərində aparılan tədqiqatda, əvvəlcə mənfi xatirələr (qorxulu şəkillər və təsadüfi sözlərlə əlaqələndirilmiş xatirələr) yaradılıb. Daha sonra bu xatirələr müsbət obrazlarla yenidən əlaqələndirilib.

Tədqiqatın mühüm mərhələsi yuxu zamanı həyata keçirilib. İştirakçılar NREM yuxu mərhələsində olarkən audio yaddaş siqnalları səsləndirilib. Bu müdaxilə zamanı beyində emosional yaddaşın işlənməsi ilə əlaqəli teta dalğası fəaliyyətləri müşahidə edilib. Nəticələr göstərib ki, iştirakçılar ertəsi gün daha az pis xatirələri və daha çox müsbət xatirələri xatırlayıblar.

Bu yeni yanaşma mənfi xatirələri zəiflətmək və müsbətləri ön plana çıxarmaq üçün qeyri-invaziv üsul kimi diqqət çəkir. Alimlər bunun travma və psixi sağlamlıq problemlərinin müalicəsində böyük potensiala malik olduğunu vurğulayırlar. Hələ ilkin mərhələdə olsa da, gələcəkdə bu metodun geniş miqyasda istifadə olunacağı və insanların həyatını müsbət istiqamətdə dəyişə biləcəyi gözlənilir. Daha çox tədqiqat bu metodun davamlı təsirləri və real dünyada tətbiq imkanlarını öyrənmək üçün tələb olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun