Xəstəliklər
Pfizer peyvəndi vurduran gənclərin ürəyində problem aşkarlanıb - ABŞ alimləri
Xəstəliklər

Pfizer peyvəndi vurduran gənclərin ürəyində problem aşkarlanıb - ABŞ alimləri

ABŞ-da Covid 19 peyvəndi etdirən 30 yaşdan aşağı gənclərcə ürək əzələsi iltihablanmasına rastlanıb.

E-saglam.az xəbər verir ki, Xəstəliklərə Nəzarət Mərkəzinin araşdırmasına görə, xüsusən ikinci doz Pfizer və Moderna peyvəndi etdirən 30 yaş və daha gənc insanlarda görülən ürək iltihabı ilə peyvənd arasında əlaqə və təsir olduğu aşkar edilib.

Pfizer və ya Moderna peyvəndi etdirən 30 yaşdan aşağı 200-dən çox şəxsdə ürək əzələsi miokard və ürək bağı iltihablanması görülüb.

Araşdırmaya rəhbərlik edən dr. Grace Lee bu insanlarda ürək iltihablanmasının peyvəndlə bağlı müşahidə müddətində, xüsusən ikinci dozada sonrakı 2 həftə ərzində özünü büruzə verdiyini deyib. Gənclər döş qəfəsi, ürək nahiyəsində ağrı və yanğıdan şikayətləniblər.

Bu insanların heç biri öncədən ürək xəstəliyi ilə bağlı heç bir tibbi qeydi olmayıb.

Doktor gənc və yeniyetmələrdə peyvəndə görə potensial risklərin nə qədər davam edəcəyi və ürəyin yenidən sağalıb normal hala dönüb-dönməyəcəyini bilmək üçün araşdırmaları davam etdirəcəyini deyib./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun