Yandex watch
Peyvəndlər ürəyə zərər verirmi? -

Türk Ürək Damar Cərrahiyyəsi Dərnəyi başçısı Dos. Dr. Murat Sargın bildirib ki, Covid-19 peyvəndinin ürək xəstəliklərini artırdığı iddialar elmi əsaslara söykənmir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Böyük Britaniyada 46 milyon insan üzərində aparılan araşdırma, peyvənd olunanlarda ürək-damar xəstəliklərindən ölüm nisbətinin daha aşağı olduğunu göstərib.

Dr. Sargın vurğulayıb ki, erkən yaşda ürək tutmalarının artması ilə bağlı konkret elmi sübut yoxdur. Son illərdə məlumatlılığın artması bu halların daha çox görünməsinə səbəb olub. Türkiyədə də gənc əhali artdığı üçün risk faktoru da görünüşdə artıb, lakin gənclər arasında ürək xəstəliklərinin təhlükəli səviyyədə çoxalmasına dair məlumat yoxdur.

Sargın qeyd edib ki, dünya əhalisinin artması və piylənmə, siqaret istifadəsi kimi risk faktorlarının yüksəlməsi səbəbindən ürək xəstəliklərinə bağlı ölümlər ümumilikdə artır. Ancaq bu vəziyyəti təkcə ürək xəstəlikləri kontekstində deyil, yaşla bağlı digər xəstəliklərlə birlikdə qiymətləndirmək lazımdır.

İngiltərədə aparılan araşdırmaya əsasən, peyvənd olunanlarda infarkt, laxtalanma və digər ürək-damar xəstəlikləri riski peyvənd olunmayanlarla müqayisədə daha aşağıdır. Bu nəticə, peyvəndin ürəyə zərər verdiyini iddia edən fikirlərin əsassız olduğunu göstərir.

Sargın həmçinin qışda və yayda ürək sağlamlığına diqqət etməyin vacibliyini vurğulayıb. Soyuqda tox qarınla ağır fiziki fəaliyyət və ya isti havada susuz qalmaq ürək üçün risk yaradır. Ona görə də, bədənin maye balansını qorumaq və nəzarətsiz fiziki gərginlikdən qaçmaq tövsiyə olunur.

Könül Oruc

E-saglam.az