Yandex watch
Peyvənddən imtina artır:

Son illərdə dünyada peyvənddən imtina halları artmaqdadır və bu, ictimai sağlamlıq üçün ciddi təhlükə yaradır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Xalq Sağlamlığı Mütəxəssisi Prof. Dr. Nur Baran Aksakal qeyd edir ki, elmi dəlillərdən çox şayiələrə əsaslanan məlumatlar və sosial mediada yayılan dezinformasiyalar bu artışa səbəb olur.

Onun sözlərinə görə, peyvəndlər hər il milyonlarla insanın həyatını xilas edir, uşaqları qızılca, poliomielit və difteriya kimi ölümcül xəstəliklərdən qoruyur. Lakin peyvənddən imtina cəmiyyətin immunitetini zəiflədir və keçmişdə nəzarət altına alınan xəstəliklərin yenidən yayılmasına səbəb ola bilər.

Prof. Dr. Aksakal bildirir ki, peyvəndlər yalnız fərdi müdafiə vasitəsi deyil, həm də ictimai toxunulmazlığı qorumaq üçün mühüm rol oynayır. Xüsusilə körpələr, yaşlılar və immun sistemi zəif olanlar üçün peyvənd həyati əhəmiyyət daşıyır.

Peyvəndlər xəstəlik törətmir, əksinə, orqanizmi xəstəliklərə qarşı hazırlayır. Onlar uzun illər davam edən ciddi klinik sınaqlardan sonra təsdiqlənir və istifadəyə verilir. Buna baxmayaraq, cəmiyyətdə yayılan yanlış fikirlər – məsələn, peyvəndin xəstəlik yaratdığı – hələ də geniş yayılıb.

Mütəxəssis peyvənd inamının bərpası üçün maarifləndirmə kampaniyalarının genişləndirilməsinin vacibliyini vurğulayır. Elmi əsaslı, şəffaf və davamlı informasiya cəmiyyətin sağlam gələcəyi üçün vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az