Tibbi xəbərlər
Peyvənd vurulandan sonra huşunu itirən kişi öldü
Tibbi xəbərlər

Peyvənd vurulandan sonra huşunu itirən kişi öldü

İordaniyada kişi AstraZeneca əczaçılıq şirkətinin istehsal etdiyi koronavirusa qarşı peyvənd vurulandan az sonra ölüb.

E-saglam.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 66 yaşlı kişiyə iyunun 27-də COVID-19-da qarşı peyvənd vurdurmaq üçün İordaniya Universiteti şəhərciyindəki peyvənd mərkəzinə gəlib. Tibb işçiləri ona peyvənd vurandan sonra onu istirahət zonasına göndəriblər. İordaniyalı peyvənd vurulandan 10 dəqiqə sonra huşunu itirib.

Xəstə təcili yardımla ən yaxın xəstəxanaya aparılmazdan əvvəl həkimlər onu reanimasiya etməyə çalışıblar. Orada onun öldüyü açıqlanıb.

İordaniyanın səhiyyə naziri Firas əl-Havarinin sözlərinə görə, xəstəyə birinci peyvənd aprelin 4-də, ikincini isə 12 həftədən sonra vurulub. O, mərhumun ilk peyvənddən sonra heç bir yan təsiri olmadığını vurğulayıb.

Nazir AstraZeneca peyvəndinin qan laxtalanması daxil olmaqla potensial yan təsirlərinin, ümumiyyətlə peyvənddən dərhal sonra görünmədiyini, ancaq peyvənddən ən azı beş gün sonra ortaya çıxdığını söyləyib. // Lent.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun