Xəstəliklər
Peyvənd vurduranlar niyə koronavirusa yoluxur?
Xəstəliklər
41

Peyvənd vurduranlar niyə koronavirusa yoluxur?

Viral infeksiyaların qarşısının alınması və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov peyvənddən sonra insanların koronavirusa yoluxmasının səbəbini açıqlayıb.

E-saglam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspert bunun ən çox koronavirusa qarşı immuniteti inkişaf etməyən xəstələrdə baş verdiyini bildirib. Məsələn, bu yaxınlarda peyvəndin birinci mərhələsindən keçənlər.

“İmmunitet cavabının formalaşması üçün ilk dozadan sonra iki-üç həftə gözləməlisiniz. İnsanlar adətən ilk peyvənddən sonra xəstələnirlər, çünki antikor səviyyəsini qiymətləndirmirlər, gizli infeksiyaların olduğunu nəzərə almırlar”, - mütəxəssis bildirib.

Vikulov vaksinasiyanın insanı infeksiyadan tamamilə qoruya bilməyəcəyini, ancaq xəstəliyin ağır gedişatını yüngülləşdirəcəyini qeyd edib: “Reanimasiyaya yerləşdirilənləri analiz etmək kifayətdir. İnsanların çoxu peyvənd olunmur”./publika.az/

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun