Azərbaycanda bu gün 47 637 nəfər vaksinasiya olunub.
E-saglam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 42 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 371 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 465 719, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 540 259, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 925 460 nəfər təşkil edir.