Tibbi xəbərlər
Perinatal Mərkəzindəki yanğından sonra FHN hərəkətə keçdi -
Tibbi xəbərlər
451

Perinatal Mərkəzindəki yanğından sonra FHN hərəkətə keçdi - Xəstəxanalarda yoxlamalar başladı

Respublika Perinatal Mərkəzindəki yanğından sonra Fövqəladə Hallar Nazirliyi paytaxt və bölgələrdəki tibb müəssisələrində yoxlamalara başlayıb.

E-saglam.az xəbər verir ki, bu barədə bakupost.az-a yoxlama aparılan tibb müəssisələrindən birindən bildirilib.

Qeyd olunub ki, eyni zamanda körpələr evi, uşaq evləri, sanatoriyalar və digər müalicə-profilaktika müəssisələrində də yoxlamalar aparılır.

Yoxlamalar zamanı dövlət və özəl tibb müəssisələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığı araşdırılır.

Mənbənin bildirdiyinə görə, bir sıra səhiyyə ocaqlarında "Səhiyyə obyektlərində yanğın təhlükəsizliyinə əməl olunması Qaydaları"nın pozulması ilə bağlı faktlar aşkarlanıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun