Tibbi xəbərlər
Pasiyentin öldüyü klinika fəaliyyətini
Tibbi xəbərlər
334

Pasiyentin öldüyü klinika fəaliyyətini bərpa etdi

Sabunçu rayonunda yerləşən, ölüm hadisəsi qeydə alınmış “Medicare” klinikasının fəaliyyətini bərpa etməsi barədə xəbərlər yayılıb.

E-saglam.az Oxu.Az-a istinadən məlumat verir ki, artıq klinika bütün tibbi xidmətlər üzrə pasiyentlərin qəbulunu həyata keçirir. 

Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova “Medicare” klinikasında əməliyyat zamanı ölüb.

Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun