Tibbi xəbərlər
Parazitin sirri: ağrını gizlədib
Tibbi xəbərlər
138

Parazitin sirri: ağrını gizlədib bədənə sızır

Ağrı hissini gizlədərək insan orqanizminə daxil olmağı bacaran parazit yeni nəsil ağrıkəsicilərə ilham verib.

E-saglam.az xəbər verir ki, suda yaşayan Schistosoma mansoni adlı parazit qurdu bədənə dəri vasitəsilə nüfuz edir. Nə ağrı, nə qaşınma hiss olunur, nəticədə isə milyonlarla insanı əhatə edən xroniki xəstəlik – şistosomiaz yaranır.

Alimlər bu sirri araşdıraraq aşkar ediblər ki, parazit dəri sinirlərindəki TRPV1+ neyronlarını susduran xüsusi molekullar ifraz edir. Normalda bu sinirlər istilik, yanma və ya qaşınma siqnalları ilə beyni xəbərdar edir və immun cavabı işə salır. Parazit isə onları bloklayaraq öz yolunu açır.

ABŞ-dakı Tulane Tibb Məktəbinin immunoloqu De'Broski Herbert bildirib ki, bu kəşf gələcəkdə opioid əsaslı dərmanlara alternativ kimi yeni ağrıkəsicilərin hazırlanmasına imkan verə bilər.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yoluxmuş heyvanlarda sinir hüceyrələrinin reaksiyası xeyli zəifləyib. Bu, parazitin immun cavabı basdıraraq orqanizmə rahat daxil olduğunu sübut edib.

Mütəxəssislər hesab edir ki, həmin molekullar həm şistosomiaza qarşı profilaktik müalicələrin, həm də xroniki sinir ağrılarını azaldacaq dərmanların əsasını təşkil edə bilər. Bununla belə, onların immuniteti zəiflədən təsirləri əlavə araşdırma tələb edir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun