Panik atak yoxsa infarkt - Necə ayırd edək?
Panik atak yoxsa infarkt - Necə ayırd edək?

Yaxın zamanda qəbul etdiyim bir pasiyentim qısa zaman əvvəl yaşadığı ürək sıxılması, tərləmə, həyəcan simptomları ilə müraciət etmişdi. Lazımi tibbi analizlərlən və müayinədən sonra pasiyentdə panik atak aşkarlandı.

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim Aidə Mirzəyeva bildirib. 

Bəs göstəriciləri infarktla demək olar ki, eyni olan bu vəziyyətləri necə ayırd etmək olar? 

İnfarktın göstəriciləri:

- Kəskin ürək ağrısı və sıxılma hissi;

- Çırpıntı;

- Baş gicələnməsi və bayılma hissi;

- Soyuq tərləmə;

- Çənə, boyun, qollar və kürəkdə ağrı;

- Nəfəs almaqda çətinlik;

- Ürək bulanması və qusma

Panik atak yaşayarkən əzici bir qorxu və narahatlıq hissinin yaşanır. Panik atak həyatı təhdid edəcək təhlükədə bir hadisə deyil, amma zehni və psixoloji baxımdan olduqca təhlükəlidir. 

Panik atakın göstəriciləri:

- Ani güclü qorxu hissi;

- Sinə nayihəsində ağrı;

- Titrəmə, əsmə;

- Ürək bulanma;

- Həyəcana bağlı olaraq sanki, nəfəs ala bilməmək hissi

⭕Göstəriciləri bir-birinə çox bənzəsə də, infarktda ağrı sinə, çənə, qol, kürək nayihəsinə yayılırsa, panik atakda sadəcə sinədə ağrı hiss olunur. 

⭕Panik atak əsasən bir neçə dəqiqə və ya saat çəkir və sonrasında heç bir şey olmamış kimi həyatınıza davam edə bilərsiniz. İnfarkt isə göstəricilər getdikcə azalmaz, günlərlə çəkə bilər. 

Tez-tez panik atak müşahidə olunursa, mütləq həkimə müraciət etmək lazımdır.