Dünən COVID-19 pasportu ilə bağlı bəzi tələblər ləğv edilib.
E-saglam.az xəbər verir ki, qərarda COVID-19 pasportunun tələb olunmadığı yerlər arasında şənlik mərasimləri keçirilən məkanlar, iri ticarət obyektləri də var. Belə ki, artıq insanlar rahat şəkildə, say məhdudiyyəti olmadan yığıncaq təşkil edə biləcəklər.
Bəs, bu qərardan sonra insanlar arasında yenidən yoluxma müşahidə edəcəyik? Yoxsa artıq koronavirus pandemuyasının tam başa çatdığını deyə bilərik?
Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Bakupost.az-a açıqlama verib.
O, artıq koronavirusun risk daşımadığını qeyd edib:
“COVID-19 pasportu tələbinin qüvvədən düşməsinin doğru qərar olduğunu düşünürəm. Artıq buna ehtiyac yox idi. Bizdə pandemiya ilə bağlı məsələ bitib. Hazırda insanlarda immunitet də formalaşıb. İnsanlar bu xəstəliyi yüngül qrip formasında keçirirlər. Hal-hazırda koronavirus risk daşımır”.