Tibbi xəbərlər
Özəl klinikalarda həkim qəbulu
Tibbi xəbərlər
639

Özəl klinikalarda həkim qəbulu NİYƏ BAHADIR? - VİDEO

Özəl xəstəxanalarda həkim qəbuluna girməzdən əvvəl ödəniş tələb olunur. Yəni xidmətdən razı qalsan da, qalmasan da həmin məbləği ödəməlisən. Qiymətlərdən isə əksəriyyət razı deyil.

Vətəndaşların bir çoxu da özəl klinikalarda həkim qəbulunun baha olduğunu deyir.

E-saglam.az xəbər verir ki, tibb üzrə ekspert Rasif Bağırov deyir ki, həkim qəbulunun məbləğini həkimlər fərdi olaraq müəyyənləşdirirlər.

Tibb üzrə ekspert Adil Qeybulla isə vurğulayır ki, özəl tibb müəssisələrində qiymətləri bazar və iqtisadi münasibətlər tənzimləyir. Yəni buna kimsə müdaxilə edə bilmir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə bildirildi ki, bu sahədə qiymətlərin tənzimlənməsi nazirliyin səlahiyyətlərinə aid deyil. (Xəzərxəbər.az)

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun