
Onkoloq Dr. Jiri Kubes kişilərdə ən çox rast gəlinən xərçəng növlərindən olan prostat vəzi xərçənginin az bilinən əlamətinə diqqət çəkib.

E-saglam.az xəbər verir ki, oturarkən üz cizgilərində buruşma və ağrı kimi narahatlıq hissi perineal bölgədəki iltihab və şişlərdən qaynaqlana bilər.
Bu simptom əzələ gərginliyi və ya hemoroid kimi səbəblərlə də bağlı ola bilər. Amma davamlı diskomfort varsa, bu, ciddi sağlamlıq probleminin xəbərçisi ola bilər. Dr. Kubes hər hansı fiziki dəyişiklik və ya narahatlıq hiss edildikdə, dərhal həkimə müraciət etməyi tövsiyə edir.
Prostat xərçənginin digər əlamətləri arasında sidik ifrazı pozğunluğu, sidikdə və spermada qan, infeksiya və sidik qaçırma da yer alır. Erkən diaqnoz isə müalicə şansını xeyli artırır.
Tərcümə: Könül Oruc