Tibbi xəbərlər
Oturaraq və ya ayaq üstə? Həkim prostat xərçəngi
Tibbi xəbərlər
9

Oturaraq və ya ayaq üstə? Həkim prostat xərçəngi riskinə aydınlıq gətirdi

Onkoloq Marsio Almeida kişilərin sidik ifrazı zamanı hansı vəziyyətdə olmasının prostat xərçəngi riskinə təsir göstərib-göstərmədiyi ilə bağlı yayılan fikirlərə aydınlıq gətirib.

E-saglam.az-ın məlumatına görə, o, "Metropoles" nəşrinə verdiyi müsahibədə bildirib ki, bu mövzuda elmi əsaslara söykənən heç bir sübut yoxdur.

Həkimin sözlərinə görə, kişilərdə oturaraq sidiyə getməyin prostat xərçəngi riskini azaltdığı, ayaq üstə getməyin isə riski artırdığı fikri tibbi baxımdan doğru deyil. Bu cür iddialar elmi araşdırmalarla təsdiqlənməyib və məntiqli əsaslara da söykənmir.

Almeida vurğulayıb ki, prostat xərçəngi əsasən yaş, genetik meyl, irsiyyət, etnik mənsubiyyət və həyat tərzi kimi amillərin təsiri ilə, zamanla hüceyrələrdə yaranan dəyişikliklər nəticəsində inkişaf edir. Sidik ifrazı zamanı bədənin hansı vəziyyətdə olmasının bu prosesə birbaşa təsiri yoxdur.

“Sidik edərkən ayaq üstə gərginləşməyin xərçəngə səbəb ola biləcəyi fikrinin heç bir tibbi və fizioloji əsası yoxdur”, – deyə onkoloq qeyd edib.

Mütəxəssislər kişilərə sidik ifrazı vəziyyətini rahatlığa və şəxsi komforta uyğun seçməyi, prostat sağlamlığı üçün isə mütəmadi tibbi müayinələrdən keçməyi və sağlam həyat tərzinə diqqət yetirməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun