Tibbi xəbərlər
Ötən il Azərbaycanda neçə nəfər qızılcaya yoluxub?
Tibbi xəbərlər
98

Ötən il Azərbaycanda neçə nəfər qızılcaya yoluxub?

Ötən ilin 11 ayı ərzində Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub.

Bu barədə E-saglam.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub.

Vurğulanıb ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun