Tibbi xəbərlər
Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə 1161 nəfər müraciət edib, 4-ü ölüb
Tibbi xəbərlər

Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə 1161 nəfər müraciət edib, 4-ü ölüb

Mərkəzin Mətbuat xidmətindən E-saglam.az-a verilən məlumata görə, onlardan 128-i Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

Bildirilib ki, qəbul olan xəstələrdən 59-u dərmandan, 20-si sirkə turşusundan, 18-i dəm qazından, 11-i alkoqollu içkidən zəhərlənib: "Digərlərindən 4-ü anaflaksiya, 11-i allergik reaksiya, 5-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 54-ü qadın, 48-i kişi, 26-sı isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 1 nəfər sirkə turşusundan, 1 nəfər metil spirtindən, 1 nəfər isə dəm qazından dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 3-ü kişi, 1-i qadındır".

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun