Tibbi xəbərlər
Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub
Tibbi xəbərlər
142

Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub

Cari ilin avqustunda təxminən 50 minə yaxın insan vəba xəstəliyinə yoluxub, 160-dan çox insan ölüb.

E-saglam.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin aylıq bülletenində qeyd olunub ki, avqust ayında 17 ölkədə 49 986 yoluxma və 161 ölüm halı qeydə alınıb. İyul ayı ilə müqayisədə bu ay yoluxma 16 %, ölüm isə 28 % azalıb.

Mərkəzi və Qərbi Afrikada, eləcə də Cənub-Şərqi Asiyada son vaxtlar baş verən şiddətli daşqınlar vəbaya yoluxma riskini artırıb.

Ümumilikdə yanvarın 1-dən avqustun 25-dək 28 ölkədə 371 517 yoluxma, 2 527 ölüm halı müəyyən edilib. Xüsusilə Şərqi Aralıq dənizi regionunda və Afrikada yüksək artım qeyd olunur.(Report) 

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun