Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) fevral ayında 18 aptekdə yoxlama aparıb.
E-saglam.az xəbər verir ki, bu barədə AEM məlumat yayıb.
Qeyd olunub ki, həmin müddətdə Bakı şəhəri üzrə 16, respublikanın digər şəhər və rayonlarında isə 2 aptek olmaqla, 16 aptekdə planlı, 2 aptekdə isə yoxlamadan kənar təftiş aparılıb.
Yoxlamalar zamanı 3 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 210.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.