Tibbi xəbərlər
Osteoporozu dayandıran zəngin vitamin mənbəyi:
Tibbi xəbərlər
459

Osteoporozu dayandıran zəngin vitamin mənbəyi: 1 qaşığında 40 mq kalsium var

Az kalsium qəbulu, oturaq həyat tərzi, siqaret və həddindən artıq spirt istehlakı sümük sağlamlığına mənfi təsir göstərir.

E-saglam.az xəbər verir ki, sümükləri gücləndirmək və mümkün osteoporoz riskini azaltmaq üçün sağlam həyat tərzi vərdişlərini həyat tərzinə çevirməlisiniz. Müəyyən qidaların istehlakını artıraraq, sümüklərinizdə kalsiumu saxlaya və osteoporozun qarşısını almağa kömək edə bilərsiniz. 

Bəkməz həmin qidalar sırasına daxildir.  Sizə gündəlik ehtiyac duyduğunuz enerjini verməklə yanaşı, yaxşı bir kalsium mənbəyi kimi də istehlak edilə bilər. Tərkibindəki B vitaminləri, maqnezium, xrom və dəmirlə çox sağlam qidadır. 1 xörək qaşığı bəkməzdə orta hesabla 40 mq kalsium var.

Bəkməz böyrək və sidik yollarının daş xəstəlikləri ilə yanaşı, iltihabi xəstəliklərində də faydalıdır. Əsəbləri sakitləşdirərək uşaqlarda beyin inkişafını sürətləndirir. Mədə-bağırsaq yaralarında çox təsirlidir və eyni zamanda ağciyər xəstəliklərinə qarşı da müsbət təsir göstərir.

Başdan-başa enerji mənbəyidir, qaraciyərin dostudur, həm də dalaq böyüməsində faydalıdır. Lakin şəkər xəstələri doşabı çox az istifadə etməlidir.

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun