Tibbi xəbərlər
Öskürək zamanı mədənizi
Tibbi xəbərlər
118

Öskürək zamanı mədənizi niyə yoxlatdırmalısınız?

Səkkiz həftədən çox davam edən öskürək ağciyər problemləri ilə deyil, mədə-bağırsaq xəstəlikləri ilə əlaqəli ola bilər.

E-saglam.az xəbər verir ki, qastroenteroloq Feliks Tuxvatullinin sözlərinə görə, uzunmüddətli quru öskürəyin 10–20 faiz hallarında səbəb qastroezofageal reflüks xəstəliyidir (QERX).

Bu zaman mədədəki turşu tərkib qida borusuna geri qayıdaraq qırtlağa qədər yüksəlir və öskürək reseptorlarını qıcıqlandırır.

Mütəxəssis bildirib ki, bu proses bəzən ürək yanması kimi tipik simptomlar olmadan da baş verir və boğaz ağrısı, davamlı quru öskürək kimi şikayətlərlə özünü göstərə bilər.

Diaqnostika prosesində həkim ilk olaraq öskürəyin digər geniş yayılmış səbəblərini — astma, sinusit və infeksiyaları — istisna etməyi tövsiyə edir. Daha sonra xəstəliyin təsdiqi üçün qastroskopiya və ya qida borusunun turşuluğunu ölçən 24 saatlıq pH-impedans monitorinqi aparıla bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun