Öskürək siropu düzgün istifadə edildikdə təsirli müalicə vasitəsidir.
E-saglam.az xəbər verir ki, ancaq şərbəti içdikdən dərhal sonra su içmək onun təsirini azalda bilər. Mütəxəssislər, dərmanın effektivliyini təmin etmək üçün sirop qəbulundan sonra ən azı 15-30 dəqiqə gözləməyi tövsiyə edir.
Şərbətdən sonra su içməyin səbəbləri
Təsirin azalması: Siropun tərkibindəki maddələr selikli qişada qoruyucu qat yaradır. Su içmək bu qoruyucu təsiri zəiflədə bilər.
Quru öskürək: Dərmanın bəlğəm (selik) istehsalını azaltmaq təsirini azaldaraq quru öskürəyə səbəb ola bilər.
Mədə narahatlıqları: Dərhal su içmək bəlğəmin qalınlaşmasına və ürəkbulanma, başgicəllənmə kimi problemlərə yol aça bilər.
Siropdan sonra 15-30 dəqiqə gözlədikdən sonra zəncəfil çayı, limonlu bal qarışığı və ya tut bəkməzi kimi təbii vasitələrlə müalicəni dəstəkləyə bilərsiniz. Bu üsullar həm də boğaz ağrısını sakitləşdirə bilər.
Tərcümə: Könül Oruc