Xəstəliklər
"Öskürək kəsən siroplar bu halda uşağın ağırlaşmasına gətirib çıxara bilər" -
Xəstəliklər
317

"Öskürək kəsən siroplar bu halda uşağın ağırlaşmasına gətirib çıxara bilər" - Pediatrdan AÇIQLAMA

"Öskürək orqanizmin ən mükəmməl müdafiə funksiyasıdır".

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-pediatr Günay Rəsulova deyib.

Onun sözlərinə görə, fərqli üsullarla öskürəyi kəsməyə çalışmaq deyil, əksinə uşağa bol maye verərək, bəlğəmini öskürərək çıxarmasına yardımcı olmaq lazımdır: "Odur ki, həkimlə məsləhətləşmədən öskürək kəsən siropların istifadəsi bəlğəmin xaricə deyil, aşağı tənəffüs yollarına düşməsinə və uşağın ağırlaşmasına səbəb ola bilər. Öskürəyi kəsmək deyil, səbəbə yönəlik müalicə aparmaq lazımdır. Kobud molekulalı bəlğəmgətirici siroplar isə körpə bronx selikli qişasının kirpikli epitel quruluşunu pozaraq zədələnməsinə və uşağın tez-tez tənəffüs yolu xəstəliklərinə yoluxmasına şərait yaradır. Yüngül bitkisəl siropların təsiri zəif olsa da, heç cürə inhalyasiyada durmayan uşaqlara bəzən məcburən təyin etsək də, müalicə effektliyi sübuta yetirilməmiş dərmanlar olduğu üçün yüngül hallardan başqa çox da effektli olmur. Əsas müalicə səbəbə yönəlik olmalıdır".

Pediatr qeyd edib ki, öskürəkəleyhinə olan siropları göy öskürək tutmalarını yüngülləşdirmək, boğulmaları azaltmaq üçün vermək olar: "Onu da mütləq həkim təyin etdiyi doza və qaydada istifadə etmək lazımdır. Pediatr məsləhəti olmadan uşaqlara heç bir dərman vasitəsi, xüsusən də öskürək siropları verməyin". 

Ətraflı video: https://www.instagram.com/p/C1AJ0kiqb8B/

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun