Faydalı
Оrqanizmi təmizləmək və arıqlamaq üçün FAYDALI RESEPT
Faydalı

Оrqanizmi təmizləmək və arıqlamaq üçün FAYDALI RESEPT

Bu resept xalq təbabətində orqanizmin təmizlənməsi üçün çox geniş istifadə olunur. Onun tərkibinə yalnız 2 çox sadə inqrediyent daxildir – qatıq və kətan toxumu.

Kətan toxumu A, E, F, P vitaminləri, selen, xrom, kremnium kimi vacib minerallar və Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngin olan çox faydalı və müalicəvi məhsuldur.

E-saglam.az Rusiya KİV-lərinə istinadla bildirir ki, kətan toxumu ilə qatığın qarışığını müntəzəm istehlak edən insanın orqanizmdə bu kimi müsbət dəyişikliklərə baş verir:

- Bağırsaqların fəaliyyəti yaxşılaşır

- Qəbizlik müalicə olunur

- Dərinin vəziyyəti yaxşılaşır

- İmmunitet güclənir

- Xolesterinin və şəkərin səviyyəsi tənzimlənir

- Arterial təzyiq normallaşır

- İnsan artıq çəkidən azad olur.

Həmçinin qarışım sinir sisteminə çox müsbət təsir edir, onkoloji xəstəliklərin riskini azaldır.

Qarışımın hazırlanması:

1 stəkan otaq temperaturunda olan təzə qatığa 1 xörək qaşığı (çox dolu olmamalıdır) kətan toxumu əlavə olunur, qarışıdırılır, yarım saatdan sonra içilir.

Bunu hər gün 1 ay ərzində yatmazdan əvvəl etmək lazımdır.

Sizdə hər hansı xroniki xəstəliklər varsa, qarışımı qəbul etdikdən əvvəl həkimlə məsləhətləşin./saglaolun.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun