
Yeni araşdırmalar göstərir ki, uşaqlıqda D vitamini çatışmazlığı yetkin yaşda ölümcül ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, Finlandiyada 3516 uşaq üzərində aparılan uzunmüddətli tədqiqatda məlum olub ki, D vitamini səviyyəsi aşağı olan uşaqlarda aterosklerotik ürək xəstəliyi riski iki dəfə artır.
D vitamini bədənə əsasən günəş şüaları və bəzi qidalar vasitəsilə qəbul olunur. Onun çatışmazlığı uşaqlarda raxit, böyüklərdə isə əzələ zəifliyi, sümük ağrısı və əhval pozğunluğuna səbəb ola bilər. Xüsusilə 35 nmol/L-dən aşağı səviyyə ürək sağlamlığı üçün ciddi təhlükə sayılır.
Həkimlər uşaqlarda D vitamini səviyyəsinin izlənməsini və ehtiyac olduqda əlavə qəbul edilməsini tövsiyə edirlər. Təbii D vitamini mənbələrinə balıq, yumurta sarısı və zənginləşdirilmiş məhsullar daxildir. Bu tapıntılar D vitamininin yalnız sümük deyil, həm də ürək sağlamlığı üçün nə qədər vacib olduğunu bir daha göstərir.
Tərcümə: Könül Oruc