Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasında məktəblilər canavar sürüsünün hücumuna məruz qalıblar.
E-saglam.az Tibb.fed.az-a istinadən bildirir ki, hadisə mayın 29-da Ordubadın Yuxarı Əylis kəndində baş verib. Yaralılar Ordubad rayon xəstəxanasına çatdırılıb. Canavarlar 3 nəfərə bədən xəsarətləri yetirərək baş, ayaq və boyun nayihələrindən dişləyib. Məktəbliləri Yuxarı Əylis kəndinin sakini Elçin Əkbərov xilas edib. Canavarlarla əlbəyaxa olan kənd sakini onlardan birini öldürməyə müvəffəq olub. Özü isə hər iki əl və qolundan ciddi xəsarətlər alıb. Məktəblilərin xilaskarına tibbi yardım göstərilib.
13.44
Ordubadda canavar sürüsü məktəblilərə hücum etdi – YARALILAR VAR!
Ordubadın kəndlərindən birində canavar sürüsü şagirdlərə hücum edib.
Tibb.fed.az Naxçıvan Muxtar Respublikasındakı mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində şagirdlər ağır yaralanıblar.
Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.