Xəstəliklər
Onurğa beyinə qansızmalar
Xəstəliklər

Onurğa beyinə qansızmalar

Qansızmalar daha çox mərkəzi kanal, bel və boyun qalınlaşması nahiyəsində arxa buynuzlar nahiyəsində damarların cırılması nəticəsində baş verir.

E-saglam.az-ın məlumatına görə, hematomieliyanın kliniki mənzərəsi 3-4 seqmentlə yayılan sızmış qanın onurğa beynin arxa buynuzlarını sıxması ilə müşayiət edilir. Bununla əlaqədar olaraq bədəndə gödəkcə və yarımgödəkçə şəklində yerləşən seqmentar hissiyyat pozulmaları şəklində ağrılar olur.

Sızmış qanın ön buynuz nahiyəsinə yayılması zamanı atrofiyalı süst parezlər inkişaf edir. Yan buynuzların zədələnməsi zamanı isə trofik pozulmalar müşahidə edilir. Xəstəliyin kəskin dövründə təkcə seqmentar pozulmalar deyil, həm də keçirici hissiyyat pozulmaları da baş verir. Onurğa beyinə geniş qansızmalar zamanı beyinin tam köndələn zədələnməsi müşahidə edilir. Bu zaman serebrospinal maye dəyişilməsə də, mayedə az miqdarda qan qarışığı ola bilir.

Hematomieliya residiv gedişə malik xəstəlik sayılır. Xəstəlik zamanı nevroloji əlamətlər 7-10 gün davam edir, müalicə olundqda 10 gündən sonra geriyə inkişaf başlayır.

Müalicə olduqda tam sağalma baş verə bilir, ancaq nevroloji pozulmalar saxlanılır./milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun