Tibbi xəbərlər
Onkoloq xərçəngə tutulan insanların
Tibbi xəbərlər
215

Onkoloq xərçəngə tutulan insanların ortaq xüsusiyyətini açıqladı

Məşhur rusiyalı onkoloq və immunoloq doktor Danil Şepelyaev xərçəngə tutulma riski yüksək olan insanların ümumi xüsusiyyətlərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, bu xəstəliyə daha çox 50 yaşdan yuxarı olanlar, xroniki stress yaşayanlar və maddi sıxıntı ilə mübarizə aparanlar meyllidirlər.

Rusiyanın “Xəbərlər” portalına danışan həkim qeyd edib ki, müasir həyatın gətirdiyi davamlı stress və sağlamlığa laqeyd yanaşma xəstəliyin əsasını qoyan amillərdəndir.

“Həddindən artıq yorğun, borclu və özünə biganə”

Şepelyaevin sözlərinə görə, tipik onkoloji xəstə profili belədir: 50-dən yuxarı yaşda, yorğun, maddi sıxıntı içində, tez-tez borclu və sağlamlığına etinasız yanaşan insan. Belə şəxslər çox vaxt yalnız ən ucuz müalicə variantlarına yönəlirlər və nəticədə xəstəliyi vaxtında cilovlamaq imkanını itirirlər.

Stress və zəif immunitet

Onkoloq bildirib ki, əsas problem immun sistemindədir. “Xərçəng immunitet sistemi ilə sıx bağlı bir xəstəlikdir. Bədənin antitümör qorunma mexanizmi zəiflədikdə xəstəlik daha tez inkişaf edir. Kimsə 45 yaşında, kimsə isə 80 yaşında xərçənglə üzləşə bilər. Xroniki stress isə immuniteti zəiflədir və xəstəliyin yolunu açır”, – deyə Şepelyaev vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun